Cənubi Qafqaza sülh lazımdır, orada yaşayan xalqlara - hamıya, bizə sülh lazımdır.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının redaktoru İqor Korotçenko yazıb.
“Ermənistan cəmiyyəti və Nikol Paşinyan Azərbaycana qarşı ərazi iddialarından və “Böyük Ermənistan” xəyalından, qisasdan əl çəkməli, beynəlxalq aləmdə tanınmış sərhədlər daxilində sivil cəmiyyət qurmalıdır. Realist olmaq lazımdır. Ermənistan və Azərbaycan arasında qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə sülh müqaviləsinin imzalanmasına ehtiyac var”, - Korotçenko bildirib.
Ekspert İlham Əliyevin artıq üç dəfə sülh müqaviləsi imzalamağı təklif etdiyini, ancaq Ermənistanın hələ də susduğunu vurğulayıb:
“Baş nazir Nikol Paşinyan, həqiqətən sülhə nail olmaq üçün tarixi bir şansı əldən verəcəksinizmi?”(axar.az)
















