Erməni hərbiçisi, baş leytenant Artur Davidyan itkin düşüb və guya Azərbaycanın nəzarətində olan əraziyə keçib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, 22 avqust saat 21:00 radələrində Davidyan komandanlığı xəbərdar etmədən daimi yerləşdirmə yerini tərk edib və bundan sonra onunla əlaqə kəsilib. İlkin məlumatlara görə, zəif görmə qabiliyyətinə görə azmış və nəticədə Azərbaycan tərəfinə keçib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















