• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənilər tarix boyu müxtəlif dövlətlərin kölgəsində yaşayıb

SİYASƏT

01 Noyabr 2022 | 09:39 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilər tarix boyu müxtəlif dövlətlərin kölgəsində yaşayıb

“Ermənilər tarix boyu müxtəlif dövlətlərin kölgəsində yaşayıblar”.

Bunu Bakıvaxtı.az-a millət vəkili Məlahət İbrahimqızı bildirib.

Deputat qeyd edib ki, oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib: “Soçi səfəri çərçivəsində Putinin iştirakı ilə Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirinin üçtərəfli görüşü də keçirilib. Bu görüşün nəticəsi olaraq, hər üç liderin imzası ilə Bəyannamə qəbul edilib”.

M.İbrahimqızı qeyd edib ki, beynəlxalq hüquq çərçivəsində hazırlanmış bu Bəyannamə müsbət hal kimi qəbul edilsə də, bir növ deklorativ xarakter daşıyır: “Bəyannaməyə münasibətimi bildirməzdən öncə Soçi səfərində həm Azərbaycan Prezidentinin, həm də Ermənistanın Baş nazirinin Putinlə keçirilən ikitərəfli görüşlərindəki çıxışlara diqqət çəkmək istərdim. Ermənistanın baş naziri Paşinyan rəsmi İrəvanın "Rusiya layihəsi"nin dəstəklədiyini qeyd edib. Bu, bir daha Ermənistanın Baş nazirinin hərdəmxəyal, dayanıqsız bir siyasətçi olduğunu göstərir. Bildiyimiz kimi, avqust ayında Brusseldə Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə dair İlham Əliyevin sülh sazişi üçün irəli sürdüyü 5 təklif Paşinyan tərəfindən qəbul edildiyi bildirilib. Lakin Paşinyan burada çıxış edərkən bu məsələyə toxunmayıb. Xatırlatmaq istərdim ki, ötən dövr ərzində də biz həmişə Ermənistanın tez-tez dəyişən və destruktiv mövqeyinin şahidi olmuşuq. Yəni, bu dəyişkənlik erməni xislətinin göstəricisidir”.

Müsahibimiz bildirib ki, bu mənada Paşinyandan da bu cür mövqe gözlənilən idi: “Yeri gəlmişkən, sosial şəbəkələrdə Paşinyanın Putinin çətiri altına sığınmış bir şəkli mətbuatda paylaşılıb. Elə bu şəkil erməni siyasətçilərinin mahiyyətini göstərir. Yəni, ermənilər tarix boyu ya kiminsə kölgəsində, ya da kim güclüdürsə onun qoltuğunda yaşayıblar. Paşinyan sayıqlama xarakterli çıxışında Vladimir Putinlə görüşdə Azərbaycandakı erməni əsirlərinin azad edilməsini xahiş etməsi onun bir daha nə qanundan, nə də beynəlxalq hüquqdan xəbəri olmadığını sübut edir. Görüşün regional məsələlərə həsr edilməsini vurğulayan İlham Əliyev bu görüşdə də bir daha iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik Qarabağ münaqişəsinə son qoyulduğunu qeyd edib. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmağın və hərəkət etməyin vaxtının yetişdiyini bildirən Prezidentimiz bir daha bu proses üçün Azərbaycan tərəfinin irəli sürdüyü və beynəlxalq hüququn fundamental prinsipləri olan 5 əsas prinsipin vacibliyini xatırladıb. Bununla bərabər, İlham Əliyev görüş zamanı çıxışında bir daha Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və iki il bundan əvvəl həll edildiyini qeyd etməklə Paşinyanın müxtəlif bəhanələrlə normallaşma prosesinə problem yaratdığını bildirib”.

Deputat üç ölkənin liderlərinin iştirakı ilə keçirilən görüşün nəticəsi kimi Bəyannamə qəbul edildiyini də xatırladıb: “Sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini, Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsini vurğulayan bu Bayannamədə diqqətçəkici məqamlardan biri də bütün müzakirələrdə suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında aparılmasının şərt olmasının qeyd edilməsidir. Bəyannamədə əks olunmuş bu fikirlər məhz bu gün Azərbaycan tərəfindən irəli sürülmüş təkliflərlə üst-üstə deşür. Bu gün möhtərəm Prezidentimizin Ermənistandan iki ölkə arasında ən tez bir zamanda sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya tələbi də məhz budur. Sözsüz ki, bunlar sülh sazişinə aparan addımlardır. Bəyannaməni və Paşinyanın Putinlə görüşü zamanı etdiyi çıxışı müqayisəli təhlil etsək götərik ki, Erçənistanın Baş nazirinin heç bir təklifi keçməyib. Bildiyimiz kimi, Ermənistan rəhbərliyi dünyaya car çəkib Azərbaycanın müharibə bitdikdən sonra erməni təxribatının qarşısını almaq üçün həyata keçirdiyi hərbi əməliyyatları Ermənistana qarşı Azərbaycan Ordusunun hərbi müdaxiləsi kimi tanıtsın. Amma buŞ nəticə verməyib. Paşinyanın çox ciddi cəhdlərinə baxmayaraq, bu səyi də Bəyyannamədə öz əksini tapmadı”. “Qürurla demək isyəyirəm ki, dünən Soçidə möhtərəm prezidentimizin Putinlə görüşündəki çıxışı və bu çıxışındakı fikirləri və mesajlar onun Azərbaycanın milli maraqlarının müdafiəsi yolunda heç vaxt dönməyəcəyini, dəyişməz və prinsipial mövqeyindən əl çəkməyəcəyini bir daha nümayiş etdirdi. Sözsüz ki, dünənki, Soçi görüşünü Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması prosesində irəliyə doğru atılan addım kimi qiymətləndirmək olar”, -deyə Məlahət İbrahimqızı əlavə edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026