• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Ermənipərəst təşkilatdır, məni qapıdan içəri buraxmırlar” -Esmira Orucova 

GÜNDƏM

16 May 2022 | 18:26

“Ermənipərəst təşkilatdır, məni qapıdan içəri buraxmırlar” - Esmira Orucova

“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin laqeydliyi məni dəhşətə gətirir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova bildirib.

O qeyd edib ki, Ermənistan beynəlxalq konvensiyalara zidd olaraq əsir və girov götürdüyü şəxsləri öldürüb və kütləvi şəkildə dəfn edib: “İllər öncə girovluqdan qayıdanlar deyirdilər ki, Ermənsitan tərəfində əsir və girov götürülən azərbaycanlılar var. Bu barədə Azərbaycan tərəfindən BQXK-ə müraciətlər edilib, məlumatlar təqdim edilib. Onlar da deyirdilər ki, bu barədə BQXK-ə qarşı tərəfdən məlumat daxil olmayıb. Son zamanlar işğaldana zad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar sübut edir ki, əsirlikdə və girovluqda yüzlərlə azərbaycanlı olub. Uğursuz poçtalyon funkusiyasını yerinə yetirən BQXK ermənipərəst təşkilatdır”.  

Bu sahədə yeganə tədqiqatçı və vətəndaş cəmiyyətinin rəhbəri olduğunu deyən E.Orucova bildirib ki, BQXK-nın Azərbaycandakı Nümayəndəliyi onu qəbul etmək istəmir: “Məni qapıdan içəri buraxmaq istəmirlər. Onlar elə qeyri-hökumət təşkilatları ilə işləyirlər ki, onların bu işdən xəbəri yoxdur”.  

Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026