“Ermənistanın Fransadakı səfirliyi mediaya açıqlamasında bildirib ki, onlar Zəngəzur dəhlizinin əleyhinədir. Sual olunur: Siz kimsiniz? Niyə? Fransa və ABŞ Cənubi Qafqazda mövqelərini itirməmək üçün münaqişənin davam etməsində maraqlıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçiliyə qayıtmaq istəyirlər. Ona görə də, Ermənistan təsir edərək vəziyyətin gərginləşdirməyə çalışırlar. Onlar vəziyyət gərinləşəndən sonra isə Minsk qrupunun həmsdərləri kimi bəyanat vermək istəyirlər. Və əvvəllər olduğu kimi sülh danışıqları ilə bağlı nağıllar demək istəyirlər”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.
Ekspert qeyd edib ki, Ermənistanla Azərbaycan arasında olan münaqişə başa çatıb: “Münaqişə bitib. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupu yaradılıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixində imzalanmış üçtərəfli bəyanatlar var. Ermənistan buna əməl etməyəcəksə, götürdüyü öhdəlikləri icra etməyəcəksə, vəziyyəti daha da pis olacaq.
Ermənistan Amerikaya, Fransaya və digər dövlətlərə arxayın oldu, nəticə göz qabağındadır. İqtisadiyyatı, ordusu darmadağın oldu, 1 milyondan artıq insanı miqrant kimi Ermənistanı tərk edir. Qarabağdan da köç başlayıb. Ermənistan ağlını başına yığmasa, daha böyük cəza və zərbə alacaq. Bu isə Ermənistanın mövcudluğunu sual altına olacaq.
Ermənistan müstəqil dövlət kimi yaşaya bilmirsə, niyə Amerikanın, Fransanın və Rusiyanın vassallığını qəbul edir? Ermənistan Türkiyə ilə Azərbaycanın vassallığını qəbul etsin. Müstəqil dövlət olmaq istəmirlərsə, Ermənistanda referendum keçirib Azərbaycanın tərkibinə muxtar respublika kimi daxil olsun. Ermənistanın mövcud olduğu torpaqlar Azərbaycan torpaqlarıdır. Göyçə ilə Zəngəzuru Azərbaycana qaytarsınlar. Mərkəzləri də Yeravan olsun. 1918-ci ilin may ayında Milli Şuranın verdiyi qərar etibarsız hesab olunsun.
Ermənistan bunu etməsə, Azərbaycanın özü tarixi torpaqlarını azad edəcək. 100 ildən artıqdır ki biz erməni işğalından, vandalizmindən və soyqırımından əziyyət çəkirik. Azərbaycan məcburiyyət qarşısında bu problemi birdəfəlik həll edəcək. Bu problemin həlli Azərbaycanın tarixi torpaqlarını azad etməkdən keçir. Azərbaycana başqa çıxış yolu qoyulmayıb".
Ramid İbrahimov
















