• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Ermənistan Fransa ilə yeni hərbi saziş İMZALADI

DÜNYA

18 Iyun 2024 | 00:31

Ermənistan Fransa ilə yeni hərbi saziş İMZALADI

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan MN-in mətbuat xidməti yayıb.

Bildirilir ki, danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.

Həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib.

Qeyd edək ki, bu, nazirlərin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevralda İrəvanda baş tutub.


SON XƏBƏRLƏR