• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Ermənistan odla oynayır"- Səfər Qaraqoyunlu

SİYASƏT

14 Sentyabr 2022 | 23:25 | Müəllif: Qalib İbrahimoğlu

"Ermənistan odla oynayır"- Səfər Qaraqoyunlu

"Ermənistan odla oynayır. Bölgədə sülh və əmin-amanlıq davam etməli olduğu halda, Ermənistanın sərhəd bölgəsində atəşləri və mina qoymaq cəhdləri səngimir".

Bakıvaxtı.az xəbər verir ki, bunu  İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib.

Onun sözlərinə görə, bu vəziyyət sülhdən danışan Azərbaycanla birlikdə bütün türklərə mənfi təsir göstərir.

İSTAD sədri deyib ki, 10 noyabr 2020-ci il tarixində imzalanmış sənəd regionun gələcəyi və sabitliyi üçün çox vacibdir: "Bu əhəmiyyəti dərk etməyən Ermənistan Azərbaycanın Daşkəsən, Kəlbəcər, Laçın və digər ərazilərində geniş təxribat xarakterli hərəkətlər həyata keçirir. Bu hücumlar regionun gələcəyinə və sabitliyinə xələl gətirir".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR