• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ermənistan Rusiya təyyarəsinə həbs qoydu

DÜNYA

22 Mart 2022 | 20:06 | Müəllif: Subhan Mahmudov

Ermənistan Rusiya təyyarəsinə həbs qoydu

Sanksiyalardan dolayı Rusiya aviaşirkətlərinin 80-ə yaxın təyyarəsinə xaricdə həbs qoyulub.

Bakıvaxtı.az "İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Rusiyanin nəqliyyat naziri Vitali Savelyev deyib.

“Ölkədə cəmi 1367 təyyarəmiz var idi (sanksiyalardan əvvəl). Biz 78 təyyarəni itirdik. Uçuş zamanı onlara həbs qoyulub”, - nazir bildirib.

O qeyd edib ki, Rusiyaya dost ölkələrdə - Türkiyə, Azərbaycan, Ermənistanda da laynerlərə həbs qoyulub.

Savelyevin sözlərinə görə, Rusiya Qərbin lizinq şirkətləri ilə təyyarələrin alınması ilə bağlı danışıqlar aparmağa çalışır, lakin onlar danışıqlara getmirlər.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026