• Bakı 18° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Ukraynada hərbi vəziyyət rejimi uzadıldı

DÜNYA

21 Aprel 2022 | 17:05

Ukraynada hərbi vəziyyət rejimi uzadıldı

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət rejiminin daha 30 gün uzadılması barədə layihəni qəbul edib.

Bakıvaxtı.az UNN-ə istinadən xəbər verir ki, bunu xalq deputatı Yaroslav Jeleznyak bildirib.

Hərbi vəziyyət rejimi aprelin 25-dən mayın 25-dək qüvvədə olacaq.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Ali Radaya ölkədə hərbi vəziyyət rejiminin uzadılması haqqında qanun layihəsi göndərmişdi.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin tarixdə Ukraynada hərbi vəziyyət rejimi tətbiq edilib. Sonra bu rejimin müddəti uzadılıb. Parlament martın 15-də qapalı iclasda “Ukraynada hərbi vəziyyətin uzadılması haqqında” qanun qəbul edib. Sonra bu müddət iki dəfə uzadılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR