• Bakı 15° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

DÜNYA

21 May 2022 | 14:43 | Müəllif: Subhan Mahmudov

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

İyunun 14-dən "Flyone Armenia" İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır.

Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 110 avrodan başlayır.

Qeyd edək ki, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir. Bundan əvvəl Türkiyənin aviasiya rəsmiləri "Flyone Armenia"nın Avropa ölkələrinə uçuşlar üçün onun hava məkanını keçməsinə icazə verməmişdi. Nəticədə iyunun 10-dək İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan marşrutları üzrə uçuşlar təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR