• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

İspaniyada meşə yanğınları: 25 min hektar...

DÜNYA

20 Iyun 2022 | 13:10 | Müəllif: Qalib İbrahimoğlu

İspaniyada meşə yanğınları: 25 min hektar...

İspaniyada hökm sürən anomal istilər nəticəsində meşə yanğınları ara vermir.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, yanğınsöndürənlərin bütün cəhdlərinə baxmayaraq, ölkənin Sierra de Culebra bölgəsində 25 min hektar meşə sahəsi külə dönüb.

Xəbərlərdə İspaniyanın Navarra bölgəsində yanğının intensivliyinin getdikcə artdığı da bildirilir. Navarra vilayətinin rəhbərliyi qarşıdakı bir neçə saatın vacib olduğunu bildirərək, vətəndaşlara yanğın şiddətləndiyi üçün vacib olmadıqca evdən çıxmamaqla bağlı xəbərdarlıq edib.

Bölgənin 20 kəndindən mindən çox insan təxliyə edilib. Yanğınlarda insan tələfatı və ya xəsarət alan olmayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR