• Bakı 22° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Ermənistan Təbrizdə Baş konsulluq açır

DÜNYA

21 Oktyabr 2022 | 16:07

Ermənistan Təbrizdə Baş konsulluq açır

Ermənistan Təbrizdə Baş konsulluq açmaq istədiyini açıqlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşdə deyib.

Simonyan daha sonra iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafını alqışlayıb. O bildirib ki, İran İslam Respublikası ilə əlaqələrin inkişafı üçün heç bir məhdudiyyət yoxdur.

O, həmçinin Qafanda İran Baş konsulluğunun yaradılmasını iki ölkə münasibətlərində dönüş nöqtəsi adlandırıb və Ermənistanın Təbrizdə Baş konsulluq yaratmağa hazır olduğunu bəyan edib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026