• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ermənistan təxribatların cavabını çox ağır ödədi - AÇIQLAMA

CƏMİYYƏT

18 Noyabr 2021 | 16:35

Ermənistan təxribatların cavabını çox ağır ödədi - AÇIQLAMA

Son günlərin ən actual mövzusu Ermənistanın ardı-arası kəsilmədən etdiyi təxribatlardır. Belə ki, hələ də məğlubiyyəti qəbul edə bilməyən Ermənistan hər gün yeni bir hiyləgərlik edir, atəşkəsi pozur.

Bəs bu təxribatların səbəbi nədir?

Mövzu ilə bağlı Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov Bakıvaxtı.az-a danışıb:

"Ermənistan tərəfinin təxribatçı addımlarını görməyimiz ilk deyil. Biz 30 ilə yaxın müddət ərzində bunun canlı şahidi olmuşuq. Ermənistan 44 günlük Vətən müharibəsinə qədər Azərbaycana qarşı bütün imkanlarından istifadə edərək məkirli, hiyləgər, təxribatçı siyasət yürüdüb. Düşünürəm ki, bu təxribatlar da onun məntiqi davamıdır. Amma, təbii ki, reallıqlar və şərtlər Azərbaycanın xeyrinə dəyişib. Müharibədən sonra imzalanmış bəyanatlarla Ermənistan üzərinə öhtəliklər götürüb. Hansı ki, bunlar Azərbaycanın haqlı tələbləridir və regionda sülhün, təhlükəsizliyin və sabitliyin təminatını həyata keçirmək, regionda yeni geosiyasi reallığın şərtlərini ortaya qoymaq üçün əhəmiyyət kəsb edir. Vəziyyətin bu istiqamətdə dəyişməsindən sonra Ermənistanın təxribatlarını davam etdirməsi, təbii ki, Azərbaycan xalqını və Azərbaycan dövlətini haqlı olaraq narahat edir. Onu da unutmayaq ki, Azərbaycan ordusu və dövləti daim bu kimi təxribatçı addımlara hazırdır. Necə ki, istənilən təxribatın qarşısını dərhal almaqla cavabını ortaya qoyur. Çox təəssüflər olsun ki, Ermənistanın təxribatçı addımları nəticəsində bizim də itkilərimiz olur. Təbii ki, Ermənistan bunun cavabını çox ağır ödədi, onların itkiləri və yaralıları qat-qat artıqdır. Hər bir halda, Azərbaycan dövlətinin yürütdüyü siyasət ondan ibarətdir ki, Azərbaycanda bir vətəndaşın belə həyatı təhlükə altında olmasın. Sadəcə qarşı tərəf də adekvat yanaşma ortaya qoymalı, yeni geosiyasi reallıqla uzlaşan siyasət yürütməlidir.

Ermənistan təxribatçı addımları davam etdirməklə, əslində, özünün başqa istiqamətdə olan narahatlıqlarını ortaya qoyur. Ermənistan və ermənipərəst qüvvələr görürlər ki, Azərbaycan regionda çox böyük proseslərə imza atır. Artıq Azərbaycan 44 günlük müharibədən sonra bəyanatın imzalanması və bəyanatda Zəngəzur dəhlizinin tarixi reallığa çevrilməsi ilə bağlı müddəaların əks olunması Azərbaycanın türk dünyasının birləşdirilməsi istiqamətində və vahid mövqedən dünyadakı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına yeni tövhələr vermək istiqamətində vahid mövqedən çıxış etməsi üçün geniş imkanların yaranmasına səbəb olub. Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsidir ki, Türk dünyasının həm coğrafi, həm də mənəvi baxımdan yaxşılaşdırılması və Türk Dövlətləri Təşkilatının yaradılması artıq tarixi reallığa çevrildi. Buna cavab olaraq Türk dünyasına aid olan dövlətlər prezident İlham Əliyevi Türk dünyasının ali ordeni ilə təltiv etdilər. Azərbaycanın uğurlu addımları bütün ermənipərəst və Ermənistan yönümlü siyasət yürüdən dünya dövlətlərini ciddi şəkildə narahat edir. Əslində, bu narahatlığın fonunda Ermənistanın atdığı o təxribatçı addımlar, bəyanatın tələblərinin pozulması istiqamətində yürütdüyü siyasət Azərbaycanın imza atdığı proseslərin fonunda çox cılız, uğursuz görünür. Hesab edirəm ki, heç cür  30 ilə yaxın müddət ərzində işğal altında saxladığı əraziləri və həmin ərazilərdən qanunsuz olaraq əldə etdiyi böyük gəlirlərdən məhrum olmaqlarını həzm edə bilmirdilər. Bütün bunlar göstərir ki, Ermənistan hələ də bütün bu proseslərin reallığını qəbul etmək istəmir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR