"Ermənistan hökuməti "TRİİP" layihəsi ilə bağlı üzərinə öhdəliklər götürüb və Vaşinqtonda bəyanata imza atıb".
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, dəhlizlə bağlı işlərə başlamazdan öncə layihə təsdiqlənməli, maliyyə müəyyənləşməli, tenderlər elan olunmalıdır:
"Bu işlərin hamısı ardıcıllıqla getməlidir. Ermənistana taxıl yüklərinin daşınmasına, yəni bu tranzitə elə-belə icazə verilməyib. İrəvanın üzərində ciddi öhdəliklər var. Həmin öhdəliklərə, tələblərə əməl olunmalıdır. Azərbaycan sülh prosesində müsbət fon yaratmaq, ictimai rəyə təsir etmək üçün o tranziti Ermənistana açıb. Paşinyan hakimiyyətdə qaldığı müddətcə işlər nəzərdə tutulmuş qaydada gedəcək. Paşinyan hakimiyyətdən getsə belə Ermənistanın qaçacaq yeri yoxdur. İdarəetmə istəyindən olan istənilən hakimiyyət mövcud reallıqlarla barışmalı olacaq".

Rasim Musabəyov, deputat
Həmsöhbətimiz vurğulayıb ki, zəmanətlər qarşılıqlı asılılıqdan formalaşır:
"Söhbət təkcə ondan getmir ki, ABŞ "Tramp marşrutu"nun təhülkəsizliyi ilə məşğul olacaq bir şirkəti bölgəyə gətirir. Bununla həm də qarşılıqlı asıllıq əmələ gəlir. Ermənistanın yükləri Azərbaycandan keçəcək. Özü də Zəngəzur dəhlizində olduğu kimi sadəcə 44 kilomterlik məsafədən yox, min kilometrlərlə uzunluqda yoldan keçəcəklər. Onun təhlükəsizliyini kim təşkil edəcək? Əgər Ermənistan tərəfi öz yüklərinin təhlükəsizliyini istəyirsə, bu, İrəvan tərəfinin daha çox asılı olması deməkdir. Qarşılıqlı asıllıq Ermənistan hökumətini məcbur edəcək. Tutaq ki, İrəvan yolu bağladı, bununla nə qazana bilər ki? Avtomatik olaraq Azərbaycan da eyni addımı atacaq. Daha çox itirən Ermənistan olacaq".
Aydın Baxış
Bakı 



