• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bu tarixdə Mirzoyan - Bayramov görüşü ola bilər

DÜNYA

05 Iyun 2023 | 15:30

Bu tarixdə Mirzoyan - Bayramov görüşü ola bilər

Ermənistan və Azərbaycan xarici işlər nazirləri münasibətlərin bərpası və sülh müqaviləsinin bağlanması barədə danışıqları davam etdirəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan "Armenpress"ə bildirib.

Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar iyunun 12-nə planlaşdırılıb.

“Digər detalları əlavə olaraq bildirəcəyik”, - XİN nümayəndəsi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026