• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ermənistan XİN Türkiyə xüsusi nümayəndəsi ilə görüşdən əsas gözləntilərini açıqladı

DÜNYA

13 Yanvar 2022 | 17:03

Ermənistan XİN Türkiyə xüsusi nümayəndəsi ilə görüşdən əsas gözləntilərini açıqladı

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) yanvarın 14-də dialoq prosesi ilə bağlı Moskvada Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşündən əsas gözləntilərini açıqlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, Ermənistan XİN-in mətbuat katibi Vahan Hunanyan "armenpress"ə bildirib ki, Ermənistanın bu dialoqdan gözləntiləri 1990-cı illərdən bəri mövcud olan gözləntilərlə eynidir.

“Biz gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında 90-cı illərin əvvəllərində Türkiyə tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd yenidən açılacaq. Ermənistan Respublikası hər zaman bəyan edib ki, heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”, - XİN rəsmisi vurğulayıb.

Ermənistanın XİN-in sözçüsü qeyd edib ki, Moskvada keçiriləcək ilk görüşdən nəzərəçarpacaq nəticələr gözləmək çətindir.

“Lakin bu, prosesə start verəcək”, - o əlavə edib.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç arasında görüş keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR