• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Berdiməhəmmədov hakimiyyətdən gedir

DÜNYA

12 Fevral 2022 | 13:09 | Müəllif: Subhan Mahmudov

Berdiməhəmmədov hakimiyyətdən gedir

Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı bəlli olub.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının rəsmisi bildirib.

Onun sözlərinə görə, ölkədə prezident seçkiləri martın 12-də keçiriləcək.

2006-cı ildən bəri Türkmənistanı idarə edən 64 yaşlı Qurbanqulu Berdiməhəmmədovun prezidentlik müddəti 2024-cü ildə başa çatır. O, fevralın 11-də Parlamentin yuxarı palatasındakı çıxışında dövlətin idarə edilməsində gənc liderlərə yer verməyin vaxtının çatdığını bildirib. Qurbanqulu Berdiməhəmmədovun 40 yaşlı oğlu Sərdar Berdiməhəmmədovun atasının varisi kimi hazırlaması ilə bağlı iddialar var. Prezidentin 40 yaşlı oğlu hazırda Baş nazirin müavinidir. O, indiyə qədər diplomat, millət vəkili, nazir və vilayət qubernatoru kimi postlarda çalışıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026