• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiya Tacikistanda hərbi təlimlərə başladı

DÜNYA

14 Mart 2022 | 11:40

Rusiya Tacikistanda hərbi təlimlərə başladı

Rusiyanın 201-ci hərbi bazasının mindən çox hərbçisi Tacikistanda hərbi təlimlərə başlayıb.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Hərbi Dairəsinin Mətbuat xidməti yayıb.

Taktiki təlimlər “Harb-Maydon” poliqonunda keçirilir və martın 18-nə kimi davam edəcək. Bununla yanaşı, təlimə 300-dən çox silah, hərbi və xüsusi texnika, eləcə də helikopterlər cəlb olunacaq.

Qeyd edək ki, Rusiyanın Tacikistanda yerləşən 201-ci hərbi bazası Rusiyanın öz sərhədlərindən kənarda sahib olduğu ən böyük hərbi obyektidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR