• Bakı 20° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ermənistanda atışma baş verib, 2 nəfər yaralanıb

DÜNYA

16 Avqust 2024 | 09:06 | Müəllif: Əli Hüseynov

Ermənistanda atışma baş verib, 2 nəfər yaralanıb

Ermənistanın qərbindəki Araqatsotn rayonunun Tlik kəndində atışma baş verib, azı iki nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Bu barədə Bakıvaxtı.az Ermənistan KİV-nə istinadən xəbər verir.

“Hadisə zamanı kəndin rəhbəri Slavik Saloyan və oğlu Manvel Saloyan yaralanıb. Məmurun yaşlı anası da yıxılaraq xəsarətlər alıb”, - məlumatda deyilir.

Atəş açan şəxslər hadisə yerindən qaçıblar və hüquq-mühafizə orqanlarının əməkdaşları artıq onların şəxsiyyətini müəyyənləşdiriblər. Faktla bağlı cinayət işi açılıb, polis şübhəliləri axtarır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026