Ermənistanda bu ilin yanvar-oktyabr aylarında doğum ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz aşağı düşüb.
Bakıvaxtı.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsi məlumat yayıb.
Belə ki, bu ilin ilk on ayında 22 906 körpə doğulub, 2021-ci ilin uyğun dövründə bu rəqəm 30 320 körpə olub. Bu il 369 ölü uşaq doğulub. Ermənstanda bu ilin ilk on ayında 22 579 nəfər ölüb.
Səbuhi Elnur
















