• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ermənistanda Rusiya sərhədçiləri qəzaya düşdü - Ölən var

HADİSƏ

29 Oktyabr 2021 | 14:13 | Müəllif: Subhan Mahmudov

Ermənistanda Rusiya sərhədçiləri qəzaya düşdü - Ölən var

Ermənistanın Ararat vilayətində Rusiya Sərhəd Qoşunlarına məxsus avtomobilin dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Shamshayn” saytı məlumat yayıb.

Hadisə bu gün baş verib. Qəza nəticəsində bir nəfər yerindəcə ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölən və yaralananlar Rusiya sərhəd qoşunlarının hərbçiləridir. Hadisə yerinə Rusiya sərhəd qoşunlarının əməliyyat-istintaq qruplarının gəlməsi gözlənilir.

Polis həlak olan və yaralanan şəxslərin kimliyini araşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026