• Bakı 23° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ermənistanı daha ağır aqibət gözləyir - AÇIQLAMA

SİYASƏT

18 Aprel 2023 | 14:38 | Müəllif: Qalib İbrahimoğlu

Ermənistanı daha ağır aqibət gözləyir - AÇIQLAMA

“Ermənistan tərəfi həmişə mühüm görüşlər ərəfəsində bu cür təxribatlar törədir və xüsusilə intensivləşdirir. Ermənistana əsir düşmüş əsgərimizə qarşı sərgilənən qeyri-insani münasibət bir daha nümayiş etdirir ki, bu təcavüzkar ölkə özünü tam cəzasızlıq şəraitində hiss etməkdədir”.

Bunu millət vəkili Elşad Mirbəşiroğlu Bakıvaxtı.az-a Ermənistan və Azərbaycan arasında baş tutacaq Vaşinqton və Moskva görüşlərindən öncə Ermənistan təxribatlarını şərh edərkən deyib.

Deputat bildirib ki, beynəlxalq instansiyalar da Ermənistanı bu cür təxribatlarına, əsgərimizə, bayrağımıza qarşı vəhşi davranışlarına görə qınamırsa, bu, olduqca neqativ durum yaradır:

“Bu, Ermənistanı növbəti təxribatlara, vəhşiliklərə sövq edir. Bütün hallarda Azərbaycan özünün güc mövqeyini daha da möhkəmləndirməkdədir. Hər ötən gün Azərbaycan daha da güclü olur. Hesab edirəm ki, beynəlxalq münasibətlər müstəvisində də Azərbaycan öz mövqelərini uğurla qoruyacaq”.

Onun sözlərinə görə, Moskva və Vaşinqton görüşləri ərəfəsində Ermənistanın sərgilədiyi mövqe, təbii ki, bu görüşlərin əhəmiyyətini azaldır:

“Bu, onu göstərir ki, Ermənistan heç bir halda dinc yolla ortaq məxrəcə gəlmək niyətində deyil. Ermənistan tərəfi sülh sazişini imzalamaqdan yayınmaqdadır”.

Müsahibimiz qeyd edib ki, Ermənistanın Azərbaycanın təhlükəsizliyinə yönəlik təhdidləri qalacaqsa, Azərbaycan da öz təhlükəsizliyinin təmin olunması istiqamətində bütün addımları atmalı olacaq. Deputat hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında maraqlı olan tərəflər bu amili nəzərə almalıdır.

“Ermənistan özü də bütün bunları nəzərə almalıdır. Əks halda onları ağır aqibət gözləyir”, - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026