• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Ermənistanı məcbur etmək üçün Azərbaycan hərb yoluna əl ata bilər" - AKTUAL

SİYASƏT

22 Avqust 2024 | 10:00 | Müəllif: Qalib İbrahimoğlu

"Ermənistanı məcbur etmək üçün Azərbaycan hərb yoluna əl ata bilər" - AKTUAL

“Amerika Birləşmiş Ştatlarına aid hərbi kontingentin Ermənistanın Zəngəzurdakı hərbi bazasına yerləşdirilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə region ölkələrinin təhllükəsizliyinə təhdid yaradır”.

Bunu Bakıvaxtı.az-a Missiya Media Qrupunun baş redaktoru, Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in icra aparatının rəhbəri Nicat Dağlar bildirib.

Onun sözlərinə görə, ABŞ hərbçiləri və hərbi texnikaların bölgəyə gətirildiyi barədə məlumatlarda gətirilmiş hərbi qurğuların İrandan atılan raketlərin və İran təyyarələrinin trayektoriyasını izləmək üçün nəzərdə tutulduğu da qeyd olunurdu:

 “Deməli, ABŞ hərbi kontingentinin Zəngəzurda yerləşdirilməsi həm də İranın maraqlarına ziddir. Burada istər-istəməz İranın özü üçün müəyyən etdiyi və tez-tez diqqət yönəltməyə çalışdığı “qırmızı xətlər”i yada düşür. Rəsmi Tehran regiondankənar qüvvələrin Cənubi Qafqazda mövcudluğunun yolverilməzliyi barədə dəfələrlə bəyanat verib. Düzdür, ABŞ hərbçilərinin Ermənistandakı mövcudluğuna İranın özünəməxsus tərzdə etiraz reaksiyasını müşahidə etmirik. Hələlik ortada yalnız Rusiya prezidenti Vladimir Putinin Bakı səfərindən sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin açıqlaması var. O bildirmişdi ki, İran ABŞ-nin regionda mövcudluğunu bəyənmir və bununla bağlı Tehranın narahatlığı Ermənistana bildirilib. Lakin bu, heç bir halda “qırmızı xətt” davası aparan İran üçün xarakterik tərz deyil”.

Müsahibimiz hesab edir ki, İran hələlik erməni qardaşlarına görə sözügedən məsələ ilə bağlı təmkinlə davransa da, Ermənistanın bədəl ödəyəcəyi qətiyyən istisna olunmamalıdır:

“Burada Rusiyanın da kollektiv Qərb, xüsusən də ABŞ-yə qarşı mövqeyini, eləcə də Moskvanın Zəngəzur dəhlizinin açılmasındakı təkidini nəzərə aldıqda, Ermənistanı hansı aqibət gözlədiyini təxmin etmək çətin deyil”.

Nicat Dağlar: Hərbi güc variantına əl atılarsa,  nə İranın səsi çıxacaq, nə də Rusiyanın

Onun sözlərinə görə, hətta onu da təxmin edə bilərik ki, Azərbaycan Ermənistanı kommunikasiyaların açılması ilə bağlı üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə hərbi güc yolu ilə məcbur edəcək:

“Bu olacaqsa, nə vaxt ola bilər sualına gəldikdə, məncə çox da uzun çəkməyəcək. Hərbi güc variantına əl atılarsa, təbii ki, nə İranın səsi çıxacaq, nə də Rusiyanın”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026