Ermənistanın müdafiə naziri Suren Papikyan toya hazırlaşır.
Bakıvaxtı.az-ın "Sputnik Armenia"ya istinadən məlumatına görə, toy yanvarın 22-də “Firon” restoran kompleksində olacaq.
Papikyan hələ ərazi idarəetmə işləyərkən mətbuat katibi olmuş Armine Muradyanla ailə qurur. A.Muradyan hazırda Ermənistanın Ərazi İnkişafı Fondunda işləyir.
Mətbuatda yayılan məlumatlara görə, Papikyan ailə qurduqdan sonra həyat yoldaşı ilə dövlətin şəxsi evlərindən birində yaşayacaq.
Qeyd edək ki, Suren Papikyanın aprelin 26-da 36 yaşı tamam olacaq.





-bvjpg-1644866670.webp)











