• Bakı C

    10.71 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

Ermənistanın yeni konstitusiyasının mətni bu tarixə qədər hazır olmalıdır

DÜNYA

14 Yanvar 2025 | 13:28

Ermənistanın yeni konstitusiyasının mətni bu tarixə qədər hazır olmalıdır

Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Srbui Qalyan 2024-cü ilin yekununa həsr olunmuş mətbuat konfransında bildirib.

O, bunu qurumun prioritet vəzifəsi olduğunu bildirib.

Baş nazir Nikol Paşinyan 2024-cü il yanvarın 18-də Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə bildirib ki, ölkəyə mövcud parlament idarəetmə formasını saxlamaqla yeni konstitusiya lazımdır. O, bunun zəruriliyini dünyada, regionda və Ermənistanda baş verən dəyişikliklərlə izah edib və əlavə edib ki, ölkəyə "heç kimin şübhə etmədiyi" konstitusiya lazımdır.

Qeyd edək ki, rəsmi Bakı sülh sazişinin imzalanması üçün Ermənistanın öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaq üçün dəyişikliklər etməli olduğunu bəyan edib.

2024-cü il sentyabrın 27-də Paşinyan BMT Baş Assambleyasının iclasında Azərbaycanla sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsi mümkünlüyündən danışıb.


SON XƏBƏRLƏR

14 Yanvar 2025