• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əsgərlik çəkməyənlər bu hüquqdan MƏHRUM EDİLİR

DÜNYA

06 Iyul 2023 | 14:39

Əsgərlik çəkməyənlər bu hüquqdan MƏHRUM EDİLİR

Hərbi komissarlıqda gündəmə gəlməyən Rusiya Federasiyası vətəndaşları sürücülük vəsiqələrini dəyişdirə və avtomobilləri qeydiyyata ala bilməyəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının yol polisinin rəhbəri Mixail Çernikov məlumat verib.

“Əvvəla, bizə gəlməyənlər məlumat bazası ilə inteqrasiya olunur və biz ümumi federal sistemdə görünməyənləri xüsusilə Dövlət Yol Müfəttişliyi vasitəsilə görürük. Belə vətəndaşlara dövlət xidmətləri göstərilməyəcək: nə sürücülük vəsiqəsini dəyişdirə, nə onu yenidən ala, nə də heç bir qeydiyyat hərəkəti edə bilməyəcəklər”, - deyə, o, mətbuat konfransında bildirib.

Çernikov onu da qeyd edib ki, federal qanun çərçivəsində bütün bunlar nəzarətdədir. "Məlumat bazası hər gün yenilənir və bizdə bu vətəndaşlar üçün hərbi komissarlıqla bağlı hər şey var", - idarə rəisi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026