• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ETSN-də yeni TƏYİNATLAR

CƏMİYYƏT

17 Yanvar 2024 | 14:17

ETSN-də yeni TƏYİNATLAR

Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb.

ETSN-in mətbuat katibi İradə İbrahimova Bakıvaxtı.az-a bildirib ki, Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb.

1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olduğunu qeyd edib.

"Bu vəzifə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub.
C.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026