Xaçmaz rayonunda avtomobil elektrik dirəyinə çırpılıb, ər-arvad xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı prospektində qeydə alınıb.
Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Nəticədə 1989-cu il təvəllüdlü Cəfərov İlqar Cəfəroviç və həyat yoldaşı, 1991-ci il təvəllüdlü Cəfərova Könül Nadir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır. /Report


jpg-1671013210.jpg)








jpg-1673587589.webp)





