• Bakı 24° C

    4.4 m/s

"Fənərbağça" "Zenit"i məğlub etdi

İDMAN

15 Noyabr 2024 | 23:27 | Müəllif: Subhan Mahmudov

"Fənərbağça" "Zenit"i məğlub etdi

Türkiyənin "Fənərbağça" klubu yoldaşlıq oyununda Rusiya təmsilçisi "Zenit"i məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbə qazanıb.

Görüşdə hesabı İstanbul kollektivindən 20-ci dəqiqədə Cenk Tosun açıb. 35-ci dəqiqədə ruslar "status-kvo"nu bərpa ediblər. Aleksandr Yerohin adını tabloya yazdırıb. "Sarı-lacıvərdlilər"in qələbə qoluna isə 63-cü dəqiqədə Levent Mercan imza atıb.

Qeyd edək ki, "Fənərbağça"nın Türkiyə Superliqasında 26 xalı var. "Zenit" isə Rusiya Premyer Liqasında 36 xal toplayıb. Hər iki kollektiv öz çempionatlarında ikinci sırada qərarlaşıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026