• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

CƏMİYYƏT

03 Mart 2021 | 10:44

Fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsi ilə elektron formada həyata keçirilib.

Olimpiadaların yarımfinal turu mövcud pandemiya şəraitinə uyğun olaraq, ölkə üzrə 37 mərkəzdə təşkil ediləcək. Ümumilikdə, 6205 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026