• Bakı 24° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0177

Fenomenin həyatı film oldu

MƏDƏNİYYƏT-ŞOU

18 Sentyabr 2023 | 13:51

Fenomenin həyatı film oldu

Dəbdəbəli həyatı, sosial media hesabından verdiyi açıqlamalarla tez-tez gündəmdə olan iş qadını Dilan Polat yeni açıqlaması ilə diqqət çəkib.

Bakıvaxtı.azxəbər verir ki, Dilan 6,8 milyon izləyicisi olan instaqram hesabından həyatının film olacağını açıqlayıb. Onun sözlərinə görə, filmin ssenarisi artıq yekunlaşıb. Trailer çəkilişlərinə isə start verilib.

"Böyük bir uğurlu hekayədir. Tezliklə həyatım bir film olacaq. Mənim həyatım elə filmdir. Anamı itirəndə ağlımı itirmədimsə, bu, mənim üçün böyük nemətdir",-deyə fenomen bildirib.

Onun bu açıqlamasından sonra izləyiciləri dəstək mesajı yağdırıblar.

Qeyd edək ki, D.Polat iş həyatına doğuş fotoqrafiyası ilə başlayıb, daha sonra kosmetika sahəsinə üz tutub. Hazırda müxtəlif sahələr üzrə yüzlərlə mağazası var.

Xəyalə Rza


SON XƏBƏRLƏR

24 Sentyabr 2023