• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Xoşqədəm" aktivləşib: Fərid Pərdəşünasdan XƏBƏRDARLIQ

CƏMİYYƏT

14 Dekabr 2023 | 13:40

"Xoşqədəm" aktivləşib: Fərid Pərdəşünasdan XƏBƏRDARLIQ

"Sosial şəbəkədə dələduzlar tərəfindən "Xoşqədəm" adı verilən dələduzluq yenidən aktivləşib".

Bakıvaxtı.az xəbər verir ki, bunu texnobloqer Fərid Pərdəşünas deyib.

F.Pərdəşünas bütün vətəndaşları bu mövzuda diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, "Xoşqədəm" dələduzluğu keçmiş dövlət məmurlarının gizli investisiyaları və yatırımları ilə bağlıdır: "Burada hədəf vətəndaşı saxta yaradılan investisiya saytlarına cəlb etməkdir".

Texnobloqer əlavə edib ki, "Xoşqədəm" dələduzluğunda Xoşqədəm Hidayətqızı adından məmurlarla müsahibə yayımlanır: "3 səhifəlik müsahibə çox inandırıcı və doğma dildədir. Hekayədə Azərbaycan hökümətinin və Mərkəzi Bankın bu investisiyalardan narahat olduğu vurğulanır".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026