• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Fermaya silahlı basqın edən şəxs tutuldu

HADİSƏ

18 Aprel 2022 | 11:29

Fermaya silahlı basqın edən şəxs tutuldu

Lənkəranda fermaya silahlı basqın edən şəxs tutulub.

Bakıvaxtı.az xəbər verir ki bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev deyib.

O qeyd edib ki, rayonun Tükəvilə kənd sakini Firqət Kəlbiyev aprelin 18-i gecə saatlarında rayonun Separadi kənd sakini V.Məmmədova məxsus həmin kənddə yerləşən fermaya gələrək aralarında baş verən mübahisə zəminində sonuncuya və onun anası C.Məmmədovaya bıçaqla xəsarətlər yetirilib.

Hadisəni törədən F.Kəlbiyev özü də həmin vaxt taxta parçası ilə xəsarət alıb.

Həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR