• Bakı 16° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

FHN Şuşada maarifləndirmə tədbiri keçirdi

GÜNDƏM

09 Aprel 2021 | 18:07

FHN Şuşada maarifləndirmə tədbiri keçirdi

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi ötən gün Şuşa şəhərində yerləşən otel binasında yenidənqurma işləri aparan müəssisənin əməkdaşları ilə yanğın təhlüksəziliyinə dair maarifləndirmə tədbiri keçirib.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbirdə yanğın təhlükəsizliyi qaydaları, o cümlədən tikinti-quraşdırma, xüsusilə qaynaq və metalkəsmə işləri görülən zaman zəruri olan müvafiq təhlükəsizlik tədbirləri barədə məlumat verilib, suallar cavablandırılıb. Həmçinin, iştirakçılara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının daim diqqətdə saxlanılmasının vacibliyi məsul şəxslərin nəzərinə çatdırılıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026