• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

 "Zırpaket" satan daha 5 nəfər saxlanıldı

CƏMİYYƏT

01 Yanvar 2024 | 12:27

"Zırpaket" satan daha 5 nəfər saxlanıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Lənkəran rayonunda müxtəlif ərazilərdə 5 nəfər rayon sakini - E.Əliyev, A.Ağayev, S.Talıbov, E.Heydərov və T.Cabbarovun gizli şəkildə pirotexniki vasitələrin satışını apardığı müəyyən edilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026