• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Fransada etirazçıların sayı 1 milyon nəfərə çatdı -YENİLƏNİB

DÜNYA

29 Mart 2023 | 00:16

Fransada etirazçıların sayı 1 milyon nəfərə çatdı -YENİLƏNİB

Fransada pensiya yaşının artırılmasına qarşı keçirilən aksiyalar bu gün də davam edib.

Bakıvaxtı.az xəbər verir ki, həmkarlar ittifaqı aksiyalarda bir milyondan çox insanın iştirak etdiyini bildirib.

Təkcə paytaxt Parisdə keçəyə çıxan insanların sayı 94 000 nəfərə çatıb. Parisdə güc strukturları ilə gənclər arasında qarşıdurma yaşanıb, polis etirazçılara qarşı dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə aksiyalarda 740 000 nəfərin iştirak etdiyini açıqlayıb.

22:09

Fransada etirazçıların sayı 740 minə yüksəlib. 

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əvvəlki hesablamalarına görə, küçələrdə 550 mindən çox nümayişçi olub.

“Le Figaro” qəzeti polisin məlumatlarına istinadən yazır ki, Fransanın 214 kommunasında pensiya yaşının artırılmasına qarşı etiraz aksiyaları keçirilib. Hadisələr görünməmiş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub.

Daxili işlər naziri Gerald Darmaninin sözlərinə görə, nümayişlərin keçirildiyi ərazilərə 113 minə yaxın hüquq-mühafizə orqanı göndərilib, onlardan 5500-dən çoxu Parisdədir.

 


SON XƏBƏRLƏR

18 Mart 2024