• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransadakı səfirliyimizə  hücuma görə bir nəfər saxlanıldı

DÜNYA

20 Oktyabr 2022 | 09:42

Fransadakı səfirliyimizə hücuma görə bir nəfər saxlanıldı

Fransada Azərbaycan səfirliyinə hücum edən şəxslərdən biri saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə cümə axşamı fransız tarixçisi Maksim Qauin özünün "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, bu gün səhər saatlarında Paris polisi Daşnaksütyun erməni inqilabi federasiyasının Fransadakı gənclər şöbəsinin keçmiş sədri, 2015-ci ildə “Charjoum” dissident qrupunun yaradıcılarından biri olan Loris Tufanyanı həbs edib.

"Yəqin ki, həbs Azərbaycan səfirliyindəki mədəniyyət mərkəzinə qarşı aksiya ilə bağlıdır", - M.Qauin deyib.

Qeyd edək ki, bu ilin sentyabrında erməni radikal qruplaşması Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə basqın etməyə cəhd göstərib. Ermənilər mədəniyyət mərkəzinin binasına boya atıblar və polisin müdaxiləsi nəticəsində təxribatçılar hadisə yerindən uzaqlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026