• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Fransanın Ukraynada PUA və texnika üçün istehsal etdiyi avadanlıqların 30%-i Ermənistana ayrılır

DÜNYA

17 Sentyabr 2024 | 14:17

Fransanın Ukraynada PUA və texnika üçün istehsal etdiyi avadanlıqların 30%-i Ermənistana ayrılır

Fransa şirkətlərinin Ukraynada pilotsuz uçuş aparatları və texnika üçün istehsal etdiyi avadanlıqların bir hissəsi Ermənistana ayrılır.

Bakıvaxtı.az xəbər verir ki, Qərbdəki diplomatik mənbənin APA-ya verdiyi məlumata görə, istehsalın tam 30 faizi Ermənistan üçün nəzərdə tutulub.

    Mənbə onu xüsusi qeyd edib ki, artıq ilk yüklərin göndərilməsi də həyata keçirilib.

    Məlumata görə, bu ilin yayından Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçan aparatlarının komponentləri və müxtəlif texnikaların, o cümlədən zirehli texnikaların ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb.

    Birbaşa Fransa Müdafiə Nazirliyinin nəzarətində həyata keçirilən layihənin məqsədi Ukraynaya Rusiya ilə münaqişədə dəstək olmaq kimi açıqlansa da, daha sonra Ermənistan üçün də silah təminatına başlanılıb.

    Layihədə iştirak edən şirkətlərə tank istehsalçısı KNDS - fransız Nexter və alman Krauss-Maffei-Wegmann tərəfindən yaradılmış holdinq strukturu daxildir.


    SON XƏBƏRLƏR

    18 Sentyabr 2024