• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Füzulidə erməni hərbçinin cəsədi tapıldı

GÜNDƏM

07 Aprel 2021 | 17:29

Füzulidə erməni hərbçinin cəsədi tapıldı

Azərbaycan tərəfi Qarabağdakı döyüşlərdə məhv edilmiş daha bir erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.

Bakıvaxtı.az xəbər verir ki, cəsədin qalıqları Füzuli rayonunda aşkarlanıb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası aparılacaq.

Axtarışlar aprelin 8-də Cəbrayılda davam etdiriləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1530 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.(azvision.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026