• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi

GÜNDƏM

07 May 2021 | 16:26

Əli Həsənovun oğlunun şirkəti məhkəməyə verildi

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, ASC əmr icraatı üzrə müqavilə tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

İş hakim Leyla Əliyevanın icraatına verilib.

Qeyd edək ki, “Kaspi Global” MMC 2011-ci ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi 1, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun oğlu Şamxal Həsənlidir.

Xatırladaq ki, “Azərkosmos” ASC Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyinə çevrilib.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026