Gəncə şəhərində baş verən avtomobil qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, qəzada xəsarət alan 1959-cu il təvəllüdlü Qəribə Səfərova xəstəxanaya aparılarkən ölüb.
Hadisə zamanı xəsarət alan 2008-ci il təvəllüdlü Pakizə Məmmədova, 1987-ci il təvəllüdlü İlahə Məmmədova və 1 yaşlı N.Məmmədov xəstəxanaya yerləşdilib. Onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***
13:00
Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Bakı 


jpg-1759741258.jpg)
