• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gəncədə yaşayış binasında yanğın: Xəsarət alanlar var - FOTO

HADİSƏ

12 Iyun 2021 | 09:44

Gəncədə yaşayış binasında yanğın: Xəsarət alanlar var - FOTO

Gəncədə 4 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binanın sonuncu mərtəbəsində baş verib və qonşu mənzilə də keçib.

Sözügedən ünvandakı mənzildə yanğının anidən baş verdiyi bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

İlkin məlumata görə, yanğının qazsızma səbəbindən baş verdiyi ehtimal olunur.

Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb.

Yanğın zamanı 3 nəfər - 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu, 1962-ci il təvəllüdlü Rzayev Ruzigar Salman oğlu və 1966-cı il təvəllüdlü Rzayeva İradə Oktay qızı yanıq xəsarəti alıb.

Bina sakinləri təxliyə edilib.(apa)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026