• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

General-mayorun əvəzinə polkovnik təyin edildi - FOTO

CƏMİYYƏT

04 Sentyabr 2023 | 15:55

General-mayorun əvəzinə polkovnik təyin edildi - FOTO

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

Bakıvaxtı.az xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib.

Digər əmrlə o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib. Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri manset.az saytı yayıb.


General-mayorun əvəzinə polkovnik təyin edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026