• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

CƏMİYYƏT

04 Oktyabr 2023 | 14:39

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Gürcüstan həbsxanalarında 100 Azərbaycan vətəndaşı saxlanılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin cari ilin avqust ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 13-ü qadın, 87-si isə kişidir.

Həbsdə olan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlandır. Məlumata görə, həbsdə olan Azərbaycan vətəndaşlarından 17-nə qarşı ittiham irəli sürülüb, 83-ü barəsində isə hökm oxunub.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 49 nəfər təşkil edib. Onlardan 22-si Tbilisidə, 12-si Kvemo-Kartlidə (Borçalı), 3-ü Kaxeti, 11-i isə Acarıstan-Quriya, biri isə Sameqrelo-Zemo Svaneti bölgəsindədir.

Gürcüstan həbsxanalarında hazırda 41 İran, 31 Ermənistan, 120 Rusiya, 213 Türkiyə və 47 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 761 əcnəbi saxlanılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026