Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
***
Milli Məclisin iclası davam edir.
Bakıvaxtı.az xəbər verir ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilir.
Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.
***
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılacaq.
Hesabatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edəcək.
















