• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Gizli" kosmik gəmi UNO panikası yaratdı

CƏMİYYƏT

15 Noyabr 2022 | 10:38

"Gizli" kosmik gəmi UNO panikası yaratdı

ABŞ Kosmik Qüvvələrinin X-37B kosmik gəmisi Floridaya "gizli" eniş edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, kosmik gəmi Yer orbitində rekord 908 gün keçirdikdən sonra həftəsonu eniş edib.

Sonik partlayışı UNO ilə səhv salan ştat sakinləri təşvişə düşüblər. Bildirilib ki, pilotsuz kosmik gəmi kosmosda müxtəlif təcrübələr həyata keçirib, o cümlədən məhsul istehsalı və günəş şüalarından enerji üçün istifadə edib.

Yerli vaxtla saat 05:15-də NASA-nın Kennedi Kosmos Mərkəzinə eniş zamanı baş verən sonik partlayışın evləri silkələdiyi və yatan insanların panika içində evi tərk etməsinə səbəb olduğu bildirilib.

Digər tərəfdən, 2020-ci ildə buraxılan və miniatür kosmik gəmiyə bənzəyən günəş enerjisi ilə işləyən pilotsuz avtomobilin 3 il ərzində Yer orbitində “sirli” yük daşıdığı da məlumdur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026