Xaçmazda iki nəfər göbələk turşusundan zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şimal qəsəbəsində qeydə alınıb. Kənd sakini, 78 yaşlı Roza Nemətova və 43 yaşlı Çimnaz Ağayeva Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq R.Netovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. /APA
















