• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gömrük rüsumları və vergilər artırılacaq?-AÇIQLAMA

İQTİSADİYYAT

23 Sentyabr 2021 | 18:39

Gömrük rüsumları və vergilər artırılacaq?-AÇIQLAMA

Maliyyə Nazirliyinin açıqladığı 2022-ci il üçün dövlət büdcəsinin maliyyə göstəricilərində həm gəlirlər, həm xərclər artırılır. Belə ki, gəlirlər təxminən 26 milyard manat, xərcləri isə təxminən 29 milyard manat olacaq.

İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, gələn ilin büdcəsində vergi orqanlarının xətti ilə daxilolmaların təxminən 2 milyard manata yaxına artırılması proqnozlaşdırır.

Ekspert qeyd edib ki, hökumət həm əhali, həm biznes üçün vergi yükünü kəskin artırmağı düşünür.

“Parlamentin payız ssesiyasının açılışında, sentyabrın 30-da keçiriləcək toplantının gündəliyinə 11 məsələ daxil edilib. Mənim diqqətimi 3 məsələ cəlb elədi:  “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi (birinci oxunuş).

Bu vacib məsələlərlə bağlı biznes çevrələri ilə müzakirələr olubmu? Dəyişikliklərin mahiyyəti nədir? Hansı dəyişiliklər təqdim edilib? İctimayyətə bununla bağlı detallı məlumat verilibmi? Bəlkə hökumət elə bilir ki, vergi-gömrük məcəlləsi özləri üçündür? Anlamırlarmı ki, istənilən biznes çevrəsi üçün önünü görmək, qaydaların dəyişməyəcəyini, ya da, dəyişəcəksə hansı istiqamətdə əlavə və düzəlişlətin olmasını öncədən bilmək çox vacibdir?

Çünki, istənilən biznes öz işini öncədən planlayır, ən azı bir illik plan qurur və hökumət də istədiyi an, istədiyi şəkildə “oyun qaydalarını” dəyişir. Hətta müsbətə olan dəyişikliklər belə varsa, olacaqsa, onlar da öncədən elan edilməlidir ki, biznes-planlamaya daxil etmək mümkün olsun”. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026