Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbərinə görə, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.
FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, adıçıkilən qəsəbədə “VAZ” markalı minik avtomobili və “Belarus” markalı traktor toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1958-ci il təvəllüdlü Məmmədov Məşdi Sabir oğlunun meyitini deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
















