• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

HADİSƏ

29 Oktyabr 2021 | 09:47

Göyçayda avtomobil piyadanı vuraraq öldürdü

Oktyabrın 29-u saat 01:00 radələrində Göyçay şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Göyçay rayon sakini Nəriman Əmrahov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada Abdulla Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən A.Məmmədov orada ölüb.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026